Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-04 17:40:00
Riçard Müllerin ABŞ-ın gələcək prezidentləri üçün fizika dərsindən bir hissə - Kosmosdan istifadə

 

Hərbi məqsədlərdə kosmosdan istifadə

Amerikan xüsusi təyinatların devizi: “Biz gecənin sahibiyik”. Bu ifadənin arxasında fiziki hadisələr durur, onlar həqiqətən qaranlığa gecə müşahidə cihazları ilə baxırlar. Əlbəttə, cihazın olması, hələ o demək deyil ki, gecənin sahibisən: əvvəlcə onlardan savadlı və effektiv istifadəsini öyrənmək lazımdır. Xüsusi təyinatlılar gecə müşahidəsi üçün iki növ infraqırmızı cihazlardan istifadə edirlər. Onlardan biri infraqırmızı diapazonlu uzundalğalı hissəsinə həssasdır, onların vasitəsi ilə adamlar görünür. Cihazın belə bir növündən mən Meksika sərhədində olanda istifadə etdim.

II növ gecə müşahidə cihazları qısadalğalı infraqırmızı spektrdə işləyir ki, oda görünən işığa yaxındır. Xüsusi tayinatlıların bölüklərində fənərlər var ki, onlar infraqırmızı diapazonda ətrafı işıqlandırır. Belə fənərləri düşmən görmür, lakin onların işığı gecə müşahidə cihazı ilə yaxşı görünür. Mənim də belə infraqırmızı işığı göstərən videokameram var idi.

Onun reklamında deyilirdi ki, kamera tam qaranlıqda çəkir və bu həqiqətə uyğun idi. Görünən spektrin siqnalları hətta, televizorları məsafədən idarə etmədə istifadə edilir. Pultun düyməsinə  basanda infraqırmızı işıqdan bir sıra alovcuqlar alınır. Siqnalları olan qəbuledici onları ayırır və kanalı dəyişir. İnfraqırmızı diapazonlu uzundalğalı cihazın çox yaxşı xüsusiyyəti var: ətraf mühitdə nəyin istiliyi varsa onları axtarıb tapır. Belə cihazın köməyi ilə avtomobilə baxıb, təyin etmək olar ki, onun mühəriki nə vaxt işləyib. İnfraqırmızı müşahidə cihazı sönmüş tonqalın istisini bir neçə saatdan sonra təyin edə bilər.

Youtube.com saytında siz infraqırmızı spektrli uzundalğada çəkilmiş filmləri görə bilərsiz. Belə sistemlərdən istifadə edərək, polislər evlərdə yüksək istilik aktivliyini axtarıb tapırlar. Bu imkan verdi ki, polislər evlərdə qadağan olmuş, bitkilərin becərilməsini aşkar etsinlər. Belə infraqırmızı müşahidə cihazları dəqiqliklə cəngəllikdə və uzaq rayonlarda itən adamın izlərini tapmaqda kömək edirlər.

Birləşmiş Ştatların infraqırmızı diapazonlu fotoaparatla təchiz edilmiş pilotsuz təyyarələri var (pilotsuz, BPLA və ya “dron”lar). Bu nəhəng  aparatlardan biri pilotsuz “Qlobal xouk”dur.

Əfqanıstanda aparılan hərbi döyüşlər zamanı Almaniyadan Əfqanıstana BPLA “Qlobal xouk” uçurdu, GPS-peyk sistemi vasitəsi ilə istiqamətlənərək, sonra 24 saat əfqan ərazisində dövr vurub geri qayıdırdı. Onu da qeyd edək ki, o, aerodroma insan köməyi olmadan da enə bilər.

Pilotusuz aparat yüksəklikdə uçanda fotokameralar və bort radiolokatorlar çəkdikləri təsvirləri Birləşmiş Ştatlara göndərirdilər. Belə pilotsuz aparat 65000 fut (19.5 kilometr) hündürlükdə uça bilirlər. Talibanın zenit silahlarından çox uzaqda olurlar. Bu yüksəklikdə  cəsus-təyyarə “U-2” uçurdu.

 Faktiki belə pilotsuz aparat elə yüksəklikdən uçur ki, obyekt heç onun izləməsini hiss etmir. Uçuş aparatın quyruq hissəsindən çəkilmiş fotoya baxarkən  görürsən ki, “Qlobal xouk” radarların ekranlarında qətiyyən görünmür,  bu haqqda qısa məlumat verək: siqnalı az əks olunması üçün mühərrik fyzelyajın yuxarı hissəsində yerləşib və onu yerdən heç radiolokatorun köməyi ilə görmək çox çətindir.

 Mənbə: Ричард Мюллер. Физика для будущих президентов. Легкие ответы на трудные вопросы. М.: АСТ; Астрель: Полиграфиздат, 2011; 411 с. (пер. с. Англ.).