Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-05 10:52:00
Rusiyada azərbaycanlı jurnalistə böyük etimad - Vitse-prezident oldu

Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli media sahəsində yüksək vəzifəyə təyin edilib.

AzEdu.az  xəbər verir ki, gənc jurnalist Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcək.
Şəhriyar İmanbəyli təyinatla bağlı  açıqlamasında bunları deyib:

 ““Vostok” Media Holdinqə vitse-prezident təyin edildim. Eyni zamanda həmin holdinqə aid və 2 milyondan çox abunəçi izləyicisi olan "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcəyəm.  Mənə bu etimadı göstərdiyi üçün başda "Vostok” Media Holdinqin sahibi və prezidenti Valeri İlişayevə dərin təşəkkürümü bildirirəm". (modern.az)