_789.jpg)
Hollandiyalı alimlər Rotterdam şəhərində elektrik enerjisi istehsal etmək üçün maraqlı bir yol tapıblar.
AzEdu.az xəbər verir ki, onlar bayat çörəyi ekoloji cəhətdən təmiz enerjı mənbəyi kimi istifadə edəcəklər. Şəhər boyu bioloji qaz çıxarmaq üçün təkrar emal ediləcək olan köhnəlmiş çörək üçün yüzdən çox xüsusi qab yerləşdirilib.
“BroodNodig” adlı bir layihə 3 il əvvəl işə başlayıb, bir müddətdən sonra layihəyəni şəhər rəhbərliyi dəstəkləyib. Beləliklə, kampaniya təşəbbüskarları təxminən 125 000 kiloqram çörək toplaya biliblər, bu, 50 mənzili qızdıracaq qədər bioqaz istehsalına kifayətdir. Elektrik enerjisi istehsalı üçün çörək istehsal olunsa, əldə olunacaq enerjı vasitəsilə il ərzində 2000 işıq lampası qoşulu vəziyyətdə saxlanıla bilər.
Qeyd edək ki, çörəkdən enerji almaq ideyasını həyata keçirən ilk şəhər Amsterdam olub. Bu texnologiya ölkənin paytaxtında uğur gördükdən sonra Roterdamın küçələrində də oxşar çörək qabları quraşdırıldı. “Voedingscentrum” Hollandiya Qidalanma Tədqiqatları Mərkəzinin statistikasına görə, Hollandiyanın hər bir sakini ildə orta hesabla 41 kiloqram ərzaq atır, bunun 22%-i çörək və digər un məmulatlarıdır.(TED.az)