
2018-05-01 16:30:24
Bu il ədəbiyyat üzrə "Nobel" mükafatı verilməyə bilər
"Nobel" ədəbiyyat mükafatını təqdim edən İsveç Akademiyasında uzun müddətdir cinsi təcavüz qalmaqalı yaşanır. Akademiyanın əsas üzvlərindən olan Katerina Frostensonun əri Jan Kloud Arnault 18 qadına cinsi təcavüzdə günahlandırılır.
AzEDU.az xəbər verir ki, bu səbəblə bir qrup şəxs Frostensonun akademiyandan uzaqlaşdırılmasını istəyir. Eyni zamanda Arnaultun bir neçə dəfə "Nobel" mükafatının qaliblərini əvvəlcədən ətrafı ilə bölüşdüyü barədə də xəbərlər yayılıb.
Səsermə zamanı nəticə Frostensonun lehinə olduğu üçün akademiya üzvlərindən üçü istefa verib. Akademiyadan uzaqlaşan Klas Östergren, Kjell Espmark ve Peter Englund açıqlamalarından sonra akademiyanın daimi katibi Sara Daniyus da istefa zorunda qalıb.
Hazırda akademiyada Sara Stridsbergin də istefasından sonra cəmi 10 nəfər qalıb. Hansı ki, bu heyət 18 nəfərdən ibarət idi.
Vəziyyətə uyğun olaraq onu deyə bilərik ki, II Dünya müharibəsindən sonra ilk dəfə - ədəbi kriteriyalara aid olmayan səbəblə - "Nobel" mükafatı verilməyə bilər. Akademiyanın yerdə qalan 10 üzvü iclas keçirib və 3 may tarixində mükafatın verilib verilməyəcəyi ilə bağlı qərar açıqlanacaq.
1901-ci ildən təqdim olunan Nobel mükafatı 1914, 1918, 1935, 1940, 19941, 1942 və 1943-cü illərdə - müharibə dövründə yeddi dəfə ləğv edildi. Eyni zamanda Alfred Nobelin təyin etdiyi meyarlara uyğun namizəd olmadığı üçün də mükafat 6 dəfə təqdim edilməyib.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51