Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-17 17:39:00
Əlilliyi olan şəxslərin kompüter bacarıqları inkişaf etdiriləcək  

“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Ted.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliklə BP-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci mərhələsi çərçivəsində iştirakçıların seçiminə start verilib.

Proqramın ikinci mərhələsində iştirak etmək üçün müraciət edən əlilliyi olan şəxslərin ünsiyyət bacarıqları, hədəfləri, liderlik qabiliyyəti, motivasiyası, təhsil və təcrübələri qiymətləndirilir.

Layihə çərçivəsində ilk təlim kursu sentyabrın əvvəlində başlayacaq və təlimdə 20 nəfər iştirak edəcək.

Ümumilikdə, poqramın ikinci mərhələsi üzrə təlimlərə Bakı şəhəri üzrə 100 nəfər əlilliyi olan şəxsin cəlb olunması nəzərdə tutulub. Onlara ingilis dili, kompüter kursları, xüsusi iş sahələri üzrə menecerlərin hazırlanması məqsədilə təlimlər keçiriləcək. Bundan başqa, əlilliyi olan şəxslərlə psixoloji konsultasiya aparılacaq. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflərin və biznes müəssisələrinin də tərəfdaş qismində proqramda iştirakı təmin olunacaq.

Proqram əlilliyi olan şəxslərin məşğulluq imkanlarının inkişaf etdirilməsinə və əmək bazarına çıxışının dəstəklənməsinə xidmət edir.