
2019-08-25 15:15:00
Uşaqların görüntülərini internetdə paylaşmağın fəsadları
Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişafı, sosial şəbəkələrin geniş kütlə arasında yayılması və internetin artıq hər evdə gündəlik həyatın tərkib hissəsinə çevrilməsi bir çox yeni fenomenlərə yol açır. Bunlardan biri də valideyn, qohum və yaxın ətraf tərəfindən uşaq fotolarının internetdə paylaşılmasıdır.
AzEdu.az xəbər verir ki, elmi dairələrdə "sharenting” (parenting – valideynlik, tərbiyə etmək və sharing – paylaşmaq sözlərinin hibridi) termini ilə ifadə olunan bu fenomenin fəsadları çoxları tərəfindən düzgün qiymətləndirilmir. Britaniya alimlərinin apardığı araşdırmalara görə, müasir cəmiyyətimizdə uşaqlar beş yaşına çatana kimi valideynlər onların orta hesabla 1500-dək fotosunu internetdə paylaşır. Şəkil və videoları çəkilən uşaqlar həmin an valideynlərin bu görüntülərlə nə edəcəklərini bilmirlər və bu görüntülərin onların gələcək şəxsi həyat, karyera və sosial mühitdə ünsiyyətinə hansı təsirlər göstərəcəyindən bixəbər olurlar. Dünyanın ən yaşlı uşaq qurumu olan "Save the Children” təşkilatının İsveçrə nümayəndəliyinin rəhbəri Ömer Güvən bildirib ki, internetdəki bu paylaşmalar BMT tərəfindən təsbit olunmuş uşaq hüquqlarını, ilk növbədə şəxsi həyatın gizliliyi prinsipini pozur.
Nəzərə alınmalıdır ki, təkcə "Instagram” sosial şəbəkəsində 75 milyon post "kids” (uşaqlar), 160 milyon post isə "baby” (körpə) həştəqi ilə mövcuddur. "Google”dan sonra ən çox istifadəçiyə malik olan "YouTube”da yüklənən videolar 1,5 milyard nəfərlik potensial tamaşaçı tərəfindən izlənilir.
Uşaq psixoloqu Filip Ramminq İsveçrənin SRF1 telekanalına bildirib ki, uşaqların görüntülərini şəbəkəyə yerləşdirəndə ölçü dərəcəsi gözlənilməlidir. Əgər valideynlər ailə bayramları, ailənin sevincli günləri və digər əziz günlərdə çəkilmiş görüntüləri paylaşmaq istəyirlərsə, bu zaman sosial şəbəkələrin təqdim etdiyi məhdudlaşdırıcı funksiyalardan istifadə etmələri tövsiyə olunur. Sözsüz ki, hər bir valideyn öz övladı ilə fəxr edir və bu sevinci başqaları ilə bölüşmək istəyir, lakin valideynlər çox zaman bu görüntülərin onların övladlarının gələcək həyatına hansı təsirlər göstərəcəyini bilmirlər.
Uşaq psixoloqları və tərbiyə məsləhətçiləri, həmçinin valideynlərə övladlarının gülünc vəziyyətlərdə, ağlarkən və ya müxtəlif emosional halları ifadə edərkən çəkilən görüntülərini onlayn platformalara yerləşdirməyi məsləhət görmür, gələcəkdə övladları üçün utancverici görüntüləri ictimailəşdirməməyə çağırırlar. Uşaqlar böyüdükdən sonra bu görüntüləri ailədaxili sferadan çıxararaq ictimailəşdirdiklərinə görə valideynlərini qınaya, onlarla problem yaşaya bilərlər.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51