Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-08 16:39:00
Qazaxıstan Milli Akademik Kitabxanası Bakıda kitab sərgisində iştirak edəcək

Qazaxıstan Milli Akademik Kitabxanası Bakıda keçiriləcək dördüncü kitab sərgisində iştirak edəcək.

AzEdu.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə Qazaxıstan Milli Akademik Kitabxanasının direktor müavini Aliya Kojabekova bildirib. O qeyd edib ki, sərgi çərçivəsində Qazaxıstan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışının, eləcə də Qazaxıstan ədəbiyyatının klassiki Abiş Kekilbayevin ingilis və fransız dillərinə tərcümə edilmiş kitabının təqdimatının keçirilməsi nəzərdə tutulub.

Aliya Kojabekova Qazaxıstan Milli Akademik Kitabxanasının Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlıq etdiyini də bildirib.