
Artıq adi kitabları elektron vəsaitlər əvəz etməkdədir. Belə kitabları əlçatan etmək üçün kitabxanalar kompüter, internetlə təmin olunub.
AzEdu.az dünyanın məşhur kitabxanalarından olan Nyu-York Xalq kitabxanasının internet resursları ilə təmin olunmasının tarixcəsini araşdırıb.
Bir neçə il əvvəl Tony Mark, Bronxtadakı bir kitabxananı bağlayarkən pilləkəndə oturan bir uşağı görüb. Oğlan çox köhnə dizüstü bir kompüterdə yavaş-yavaş nəsə yazırdı. Təəccüblənən Marx uşaqdan nə etdiyini soruşub. Uşaq Marka riyaziyyat tapşırığını həll etdiyini söyləyib. O,tapşırığını internetde həll etməli idi və ailəsinin evə internet qoşduracaq imkanı yox idi. Buna görə də uşaq kitabxananın açıq internetinə qoşulmaq üçün binanın girişində oturmuşdu. Nyu-York xalq kitabxanasının müdiri Mark "işə bax" deyə fikirləşir:
"Dünyanın rəqəmsal mərkəzində yaşayan bir uşaq, riyaziyyat tapşırığını belə həll edə bilməzkən, biz ondan uğurlu olmasını gözləyirik"
O gündən bəri Nyu-York Xalq kitabxanası "digital uçurum" adlandırılan internetə asan bağlananlar ilə, bunu edə bilməyənlər arasındakı fərqi azaltmaq üçün bir neçə xidmət yaratdı . Bu məşhur kitabxana istifadəçilərə masaüstü və dizüstü kompüterler payladı və bəzən aylarca keçərli bağlantı məkanları(hostpot) yaratdı. Nyu-York xalq kitabxanasının müdiri Marx həmin uşağı bir daha görmədiyini deyir. Lakin xeyli insanı kitabxanaya cəlb edilməsində bu hadisənin rolundan bəhs edir:
"İnsanlar özəl çap kitabları, yaxud digər vəsaitlər üçün kitabxanaya gələcəklər. Ancaq mənim fikrimcə, kitabxanalar insanların səs-küydən uzaq, sakit, vaxt keçirə biləcəkləri yer tapılmayan bölgələrdə topluluq mərkəzlərinə çevriləcək. İnsanların bir kompüter alıb, otura biləcəkləri və hörmətlə qarşılanacaqları, kimsənin onlardan bir şey istəmədiyi mərkəzlərə çeviriləcək"
Ayşə Müseyib