Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 20:12:00
Mingəçevirdə tələbəni maşın vurdu

Mingəçevirdə tələbəni maşın vurub.

AzEdu.az  APA-ya  istinadən xəbər verir ki, hadisə şəhərin M.Füzuli küçəsində qeydə alınıb. “VAZ-2109” markalı minik avtomobili yolu keçmək istəyən, Qəbələ rayon sakini Əhmədova Gülay Elşən qızını vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

G.Əhmədovanın tələbə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.