Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 16:28:00
İslamla meyl göstərən ABŞ universitetləri maliyyələşdirilməyəcək

Ağ Ev təhsil proqramının federal səviyyədə maliyyələşdiilrməsinin dayandırılmasını nəzərdən keçirir. Bu barədə “NBC News” xəbər vermişdir.

AzEdu.az İslam.ru-ya istinadən verdiyi xəbərə görə, belə bir qərara səbəb, Orta Şərqin öyrənilməsi proqramında İslama ayrılan həddindən artıq diqqətin göstərilməsidir. Təhsil Nazirliyinin fikrinə görə, kurs, İslam ideologiyasını təbliğ etmək və müsəlman inancının müsbət cəhətlərini göstərmək üçün istifadə edilir.

Universitetin alimlərinə qarşı əsas şikayət, dinə dair fikir tarazlığın təmin edilməməsi və tədqiqat işində qrant mövzularından kənara çıxmasından ibarətdir.

Universitet öz növbəsində hökuməti azadlığın məhdudlaşdırılmasında ittiham edib. Dük Universitetinin tarix professoru və Amerika Universitetinin Müəllimlər Birliyinin vitse-prezidenti Cey Smit hökumətin narazılığının ideoloji təqibə bərabər olduğunu bildirib.