Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 17:21:00
Aşqarlar Kimyası İnstitutu alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu alimlərinin - akademik Vaqif Fərzəliyev, professor Sabir Məmmədov, kimya elmləri doktoru və dosent Əfsun Sucayevin beynəlxalq müştərək tədqiqat çərçivəsində türk həmkarları - professor İlhami Gülçin, dosent Parham Taslimi ilə birlikdə növbəti məqaləsi impakt faktorlu “Bio-organic chemistry” jurnalında dərc edilib.

 AzEdu.az xəbər verir ki, Aşqarlar Kimyası İnstitutundan bildirilib ki, məqalədə bu elmi müəssisənin Zərif üzvi sintez laboratoriyasında ilk dəfə sintez olunan dərman maddələrinin müxtəlif patoloji proseslərə qarşı inhibitor təsirləri haqqında müfəssəl tədqiqatların nəticələri öz əksini tapıb. (Azərtac)