Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 13:22:00
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər günüdür

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər günü kimi qeyd olunur.

 AzEdu.az-ın məlumatına görə, bu bayram Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə, 1991-ci ildən etibarən qeyd edilir.

 Bildirilir ki, bu tarixin seçilməsi təsadüfi deyil. “Bibliya”nı latın dilinə tərcümə etmiş, ənənəyə görə tərcüməçilərin hamısı hesab olunan İeronim Stridonski 420-ci ilin 30 sentyabrında vəfat edib.

Çox zəngin intellektə malik olan, çılğın xarakteri ilə tanınan bu şəxs ömrünün çoxunu səyahətdə keçirib, gəncliyində Müqəddəs Torpağı ziyarət edib.

 Sonradan dörd il ərzində Halkid səhrasında tərkidünya dərviş kimi ömür sürüb. Burada yəhudi və haldey dillərini öyrənib. Özünün dediyinə görə, bu dövrdə ətrafında canlı qismindən yalnız əqrəb və vəhşi heyvanlar olub. Səhrada yaşadığı dövrdə bir neçə dəfə Qiyamət Gününün çatmasını bildirən şeypur səsləri eşidib. Qərbi Avropa rəssamları onu çox vaxt başının üstündə şeypur çalan mələkləri dinləyən vəziyyətdə təsvir edirlər.

 386-cı ildə İeronim Vifleyemdə məskunlaşır. Burada uzun illər boyu Bibliyanı (Əhdi-Ətiqi və Əhdi-Cədidi) latın dilinə çevirir. 11 əsrdən sonra Trident kilsəsi məhz bu tərcüməni Müqəddəs yazının (Vulqatın) rəsmi latın mətni elan edir. Bundan əlavə, İeronim “qlaqolitsa” deyilən qədim slavyan əlifbasının banisi hesab olunur.

 Geniş yayılmış bir rəvayətə görə, İeronim şirin pəncəsinə batmış tikanı çıxarandan sonra şir onun vəfalı dostu olub. Müqəddəs İeronim şəkillərdə hücrədə əyləşərək yazı yazan alim kimi təsvir edilir. Vəfalı dostu şir də onun yanındadır.

 Müxtəlif illərdə tərcüməçilər günü fərqli devizlər altında qeyd edilib: “Tərcümə çoxdilliliyin və mədəni müxtəlifliyin əsasıdır”, “Tərcüməçinin öz peşəsi və cəmiyyət qarşısında məsuliyyəti”, “Dillər çoxdur, peşə - bir”, “Birlikdə işləyirik” və s.

 Aleksandr Sergeyeviç Puşkin tərcüməçiləri obrazlı şəkildə “Tərəqqinin poçt atları” adlandırırdı. (Ted.az)