Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 13:40:00
Bəzi tələbələr maliyyə çətinliyi ucbatından təhsillərini yarımçıq qoyurlar - Vahid Əhmədov

Parlamentin plenar iclasında təhsil kreditləri ilə bağlı məsələ gündəmə gətirilib. Millət vəkili Qənirə Paşayeva “Təhsil krediti haqqında” qanunun qəbul olmasını təklif edib.

 Deputat bir çox universitetlərin yataqxanasının olmaması məsələsinə də toxunub:

“Bu il Tovuz rayonunda 15 gəncin qəbul olunduğu ali məktəblərdən imtina etməsinin qarşısını müxtəlif qurumların dəstəyi ilə almışıq. Tovuzda ən yüksək balla ali məktəbə qəbul olan gəncin atası yoxdur. Anası deyir ki, məqbul qiymətə kirayə ev tapa bilmir. Ona görə də “Təhsil krediti haqqında” qanun qəbul olunmalıdır ki, belə problemlər yaranmasın. O cümlədən ödənişli təhsil alan gənclər təhsildən imtina etmək məcburiyyətində qalmasınlar”.

Millət vəkili Vahid Əhmədov da təhsil kredtilərinin vacibliyini vurğulayıb: 

“Hesab edirəm ki, bu qanun layihəsi üzərində işləmək olar. Təhsil kreditləri çox vacib hadisədir. Həddindən artıq müraciətlər çoxdur. Faktiki olaraq bəzi tələbələr maliyyə çətinliyi ucbatından təhsillərini davam etdirə bilmirlər və təhsillərini yarımçıq qoyurlar”.