Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-02 17:27:00
Teymur Rəcəbov hesabı bərabərləşdirdi    

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında üçüncü görüşünü keçirib.

 
AzEdu.az -nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gəlib.
 
 
İlk qarşılaşmada heç-heçə oynadıqdan sonra dünən asiyalıya uduzan həmyerlimiz bu dəfə qalib gəlib – 1:0. Nəticədə finalın hesabı bərabərləşib – 1,5:1,5.
 
T. Rəcəbovla D. Liren klassik şahmatda daha 1 dəfə üz-üzə gələcəklər.