Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 10:10:00
Nərimanov rayonundakı 34 nömrəli məktəbin idman müəllimləri fəxri fərmanla təltif ediliblər

Nərimanov rayonundakı 34 nömrəli tam orta məktəbdə rayon icra hakimiyyəti başçısının müavini İradə Mahmudovanın, gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzovun iştirakı ilə görüş keçirilib.

 AzEdu.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən bildirilib ki, görüşdə ilk olaraq Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim–tərbiyəsində səmərəli fəaliyyətinə, Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirakına və 60 illik yubileyi münasibətilə 34 nömrəli tam orta məktəbin direktoru Rəhman Hacıyev mükafatlandırılıb.

Məktəbin bədən tərbiyəsi müəllimləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən idman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına, uşaqlarda idmana, bədən tərbiyəsinə marağın formalaşmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində göstərdiyi xidmətlərə görə və 5 oktyabr – Müəllimlər Günü münasibətilə fəxri fərmanla təltif ediliblər.