
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında rayonun təhsil müəssisələrinin şagirdləri arasında bədii yaradıcılıq müsabiqəsi keçirilib.
AzEdu.az xəbər verir ki, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə 40-dan çox şagird iştirak edib. İdarənin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-gənclər siyasətindən, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, onların hərtərəfli inkişafı, təhsil alması üçün yaradılan şəraitdən danışıb.
Maraqlı şeir kompozisiyaları ilə yadda qalan müsabiqədə 4 nömrəli tam orta məktəbin şagirdləri Heydər Məmmədov birinci, Elgün Quliyev ikinci, 3 nömrəli məktəb-liseyin şagirdi Nurcan Xəlilova və 1 nömrəli tam orta məktəbin şagirdi Nabat Məmmədova üçüncü yerlərə layiq görülüblər. Müsabiqənin qaliblərinə Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib. (Azərtac)