Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-04 12:48:00
Bu ay iki ulduz axını olacaq

Oktyabr ayında Drakonid və Orionid adlı iki ulduz axını müşahidə ediləcək.

AzEdu.az  xarici mətbuata istinadən xəbər verir ki, ilk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq. 

Göydə təxminən saatda on ulduz axını görünəcək.

Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq.

Digər astronomik hadisələrdə olduğu kimi, oktyabr ayının ulduz axınlarının müşahidəsi də təkcə ayın vəziyyətindən və fazasından deyil, həm də hava şəraitindən və müşahidə ediləcək məkandan asılı olacaq.