Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-04 14:15:00
Bu müsabiqə gənc müəllimlərin təşəbüsskarlığını və özünəinam hissini artıracaq – Bəşarət Məmmədov

Bu müsabiqə gənc müəllimlərin təşəbüsskarlığını və özünəinam hissini artırmaq, eləcə də tədris prosesində yenilikləri daha həvəslə tətbiq etmək baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

AzEdu.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin müdiri Bəşarət Məmmədov feysbuk hesabında yazıb.

O bildirib ki, layihəyə olan bu maraq cəmiyyətdə müəllimə olan diqqətdən, real və səmimi təşəbbüslərin dəstəkləndiyindən xəbər verir:

B.Məmmədovun feysbuk statusunu olduğu kimi təqdim edirik:

“Dünən Milli Məclisində "İlin Gənc Müəllimi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində gənc müəllimlərdəki həvəs və ideya zənginliyini görmək çox maraqlı və sevindirici mənzərə idi. Müsabiqənin elektron səsverməsi zamanı l yeri tutan qalib bölgədə çalışan gənc müəllim 150.000-dən çox səs toplayıb. Bu, cəmiyyətdə müəllimə olan diqqətdən, yaxşı ideya və yeniliklərin maraq doğurduğundan, real və səmimi təşəbbüslərin dəstəkləndiyindən xəbər verir. Ona görə real düşünmək, hər addımda praktik və bacardığımız qədər səmimi olmaq, ətrafımıza ictimai düşüncə tərzini aşılamaq mühüm amildir. Bu müsabiqə gənc müəllimlərin təşəbüsskarlığını və özünəinam hissini artırmaq, eləcə də tədris prosesində yenilikləri daha həvəslə tətbiq etmək baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Məlumat üçün bir daha qeyd edim ki, müsabiqə Milli Məclisin Gənclər və İdman Komitəsinin, AzEdu.az Təhsil Portalının və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilib. Bu işıqlı təşəbbüsə və yüksək təşkilatçılığa görə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyevə, AzEdu.az Təhsil Portalının rəhbəri Elşad Eyvazlıya və dəyərli komandasına, “Gənc müəllim” şəbəkəsinə təşəkkür edirəm. Müəllim nüfuzuna həssas münasibət və gənc müəllimlərə xüsusi diqqət baxımından Təhsil Nazirliyinin səmərəli fəaliyyəti də göz qabağındadır. Cəmiyyətin əsas dəyəri və ana sütunu olan müəllim adı ətrafındakı əməkdaşlıqda hər birimizə uğurlar arzulayıram!”