_101.jpg)
Antik Herkulanum şəhərindən yadigar qalan perqamentləri çox qədimi olmalarından dolayı açmaq və oxumaq mümkün deyildi.
AzEdu.az-ın xarici KİV-nə istinadən verdiyi məlumata görə, araşdırmaçılar fiziki təmas nəticəsində oxunmaz hala düşəcək bu perqamentlərin sirrini süni intellekt və rentgen şüaları vasitəsilə həll etməyi planlaşdırırlar.
Məlumat üçün bildirək ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsilə Pompey və Herkulanum şəhərləri yer üzündən silinib.
Kentuki Universitetinin professoru Brent Silis açıqlamasında bildirib ki, hazırda iki fərqli perqament üzərində iş davam edir. Bu papiruslar Parisdəki Fransa İnstitutuna aiddir.
Qeyd edək ki, Papirus qalıqları 1752-ci ildə Vezuvi vulkanının qərb sahilində, Pompeyə 10 mildən az məsafədə yerləşən bir qəsəbədə tapılıb.