Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-06 17:16:00
"El Pais": Nəhəng Rəcəbovun böyük zəfəri

spaniyada çıxan "El Pais" qəzetində azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku yarışlarında parlaq qələbəsi haqda "Nəhəng Rəcəbovun böyük zəfəri" sərlövhəli məqalə dərc edilib.

AzEdu.az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə 32 yaşlı Azərbaycan şahmatçısının bir neçə il davam etmiş "sükut"dan sonra öz böyük istedadını dünyaya xatırlatmasından bəhs edilir. Rəcəbov şahmat taxtası arxasında çinli rəqibi Dinq Liren ilə "savaş"da yüksək hazırlıq, iradə və dözüm nümayiş etdirib.

Qəzet yazır ki, dünya kubokunda qalib gəlmək üçün əla idman formasında, dəqiq və güclü oyunçu olmaq lazımdır. Düzdür, çinli şahmatçı da bu keyfiyyətlərə malik idi, lakin azərbaycanlı qrossmeyster Teymur Rəcəbov daha böyük əzmkarlıq nümayiş etdirərək qalib gəlib.