
Amerikalı fotoqraf Eric Pickersgil gündəlik həyatda çəkdiyi insan şəkillərinin üzərində Photoshop proqramı ilə işləyərək onların əlindəki mobil telefonları və başqa rəqəmsal cihazları silib. Yeni şəkillər ortaya çıxarıb. Bu da toplumda böyük maraq yaradıb.
AzEdu.az xəbər verir ki, fotoqrafın bu işi ilə müasir texnologiya, sosial media və internetə olan asılılığı göstərir. Nyu-Yorkdakı bir kafedə gördüyü ailədən ilham aldığıni söyləyən fotoqraf həmin anları belə izah edir:
“Nyu-Yorkdakı İllium kafedə yanımda əyləşən bir ailə bir-birindən o qədər uzaq idi ki ... Demək olar ki, heç söhbət etmirdilər. Ata və iki qızının əlində telefonları vardı. Ananın əlində isə heç nə yox idi, ya da istifadə etməməyi üstün tutmuşdu. Pəncərədən bayıra baxırdı. Çox qəmgin və ən yaxın insanlar olan ailəsinin yanında belə yalnız görünürdü. Ata telefonda oxuduğu bəzi məlumatları paylaşmaq niyyəti ilə arada bir başını ekrandan qaldırırdı."
AzEdu.az sosial mediya asılılığını göstərən bu diqqətçəkən layihədən bəzi görüntüləri təqdim edir.
Ayşə Müseyib