
Marsın Yer qabığı altındakı təbəqələrini araşdıran NASA-nın robot geoloqu İnsight Kaliforniyadan səmaya buraxılıb.
AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, Marsa eniş edəcəyi gözlənilən kosmik robotun göndərəcəyi məlumatlar kainatın necə yarandığını müəyyən qədər aydınlaşdıracaq.
O, 4 milyard yaşı olan kainatın dərinliklərini araşdıracaq.
NASA səlahiyyətlisi Brus Banerdt qeyd edib ki, İnsightin missiyası Marsın dərin təbəqələrini araşdırmaqdır: “Məqsədimiz əldə olunan məlumatlara görə bütün planetlərin yaranma müddətini daha dərindən araşdırmaqdır”.
Quraşdırılan xüsusi cihaz vasitəsilə ilk etapda Marsın yer qabığının 5 metrə qədər dərininə enmək planlaşdırılıb. Xüsusi cihaz vasitəsilə Marsda yaranan titrəyişlər də qeydə alınacaq. Araşdırmaçılar ikiillik vəzifə müddəti boyunca 100-ə yaxın zəlzələnin baş verəcəyini gözləyirlər.
Qeyd edək ki, 360 kq ağırlığında olan kosmik aparatın hələ 2016-cı ildə yola çıxacağı planlaşdırılırdı. Amma hazırlıqlar tamamlanmadığına görə bu sınaq təxirə salınıb. Təxmini 50 ildir ki, Mars NASA-nın araşdırma obyektidir.