
Dövlət Aqrar Universiteti və Aqrar İnkişaf Könüllüləri Aqrar sektorda təhsil alan gənclərin işgüzar inkişafına dəstək tədbirlərini davam etdirir.
26 oktyabr 2019-cu il tarixində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin və Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı ilə, biznes mentor, işgüzar inkişaf yazarı Nadir Adilmanla görüş və imza günü keçiriləcək.
İmza günü və görüşün keçirlməsində əsas mqəsəd, Aqrar Universitetin və Aqrar İnkişaf könüllülərinin işgüzar inkişafına dəstək vermək və onların bu sahədə fəaliyət göstərən yaradıcı şəxslərlə ünsiyyət vasitəsi ilə dünya görüşlərinin artırılmasıdır. Keçirləcək imza günü və görüşdə iştirak edəcək, Dövlət Aqrar Universitetinin tələbələri ilə yanaşı, Aqrar İnkişaf könüllülərinə də müəllifin imzalı kitabları təqdim ediləcəkdir. Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə yazılmış kitablarda müəllifin şəxsən tanıdığı insanların həyatlarındakı real və praktiki nümunələr də yer alıb. Müəllifin yazdığı kitablar ölkəmizdə gənclərin karyera və işgüzar inkişafı sahəsində önəmli əsərlər sırasında yer alır. Nadir Adilman hüquq üzrə fəlsəfə doktoru, dosentdir. O, Azərbaycanda və xaricdə çap edilən 100-dən çox elmi məqalənin və 5 elmi əsərin müəllifidir və gənclərin sevimli müəlliflərindən biridir.
İmza günü və görüşün keçirləcəyi Dövlət Aqrar Universiteti ölkəmizdə gənclərin təhsil almaq üçün maraq göstərdiyi qabaqcıl Universitetlərdən biridir. Son zamanlar Universitetin artan nüfuzunda, onun maddi texniki bazası, inkişaf edən təhsil sistemi mühüm rol oynayır. Gənclərin bu Universiteti təhsil almaq üçün seçimləri də ciddi nəzərə çarpan dərəcədə artıb. Dövlət Aqrar Universiteti mütəmadi olaraq, tələbələrinin işgüzar inkişafı məqsədi ilə, Aqrar İnkişaf Könüllüləri təşkilatı ilə birlikdə silsilə seminarlar, master klasslar və o cümlədən praktiki tədbirləri Aqrar sahələrdə keçirir. Bu tədbirlərin hər birinin tələbələrin işgüzar inkişafı üçün mühüm rolu vardır. Aqrar biznes sektoruna gənclərin və tələbələrin maraqlarının artmasında Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar Universitetə verdiyi dəstək nəticəsində Universitetin tələbələri və Aqrar İnkişaf Könüllüləri fermer təsərrüfatlarında, Aqrar sahənin bütün sektorlarında təşkil edilən bütün praktik tədbirlərin aktiv iştirakçılarıdır.