
Bu gün Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnazıyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzEdu.az-a verilən məlumata görə, gimnaziyanın direktoru Aytən Əhmədova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsi işinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir nazirliyin İctimaiyyətlə Əlaqə İdarəsinin Əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş məsləhətçisi Turqay Abbaslı və baş zabit leytenant Samir Rzalının fövqəladə hallarda təhlükəsiz davranış qaydaları mövzusunda müxtəlif məruzə və təqdimatları ilə davam edib.
Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı videoçarxlar nümayiş olunub.