Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-26 17:18:00
Azərbaycanlı alim İstanbulda keçirilən beynəlxalq simpoziumda iştirak edib

Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı İstanbulda keçirilən Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edib.

AzEdu.az xəbər verir ki, İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutu və Türk Ocaqları İstanbul Şöbəsinin təşkil etdiyi simpoziumda Azərbaycanın və türk dünyasının böyük mütəfəkkiri Əhməd bəy Ağaoğlunun sosial-siyasi, nəzəri-kulturoloji, ədəbi-publisistik fəaliyyətinə dair məruzələr dinlənilib.

Professor Vaqif Sultanlı simpoziumda “Əhməd Ağaoğlunun ədəbi-tənqidi görüşləri” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir iştirakçıları Əhməd bəy Ağaoğlunun İstanbulun Feriköy qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Simpoziumda dinlənilən məruzələrin ayrıca kitab şəklində nəşr olunması qərara alınıb.( AZƏRTAC )