
London Təbiətşünaslıq Muzeyinin arxiv kolleksiyasında tapılmış bir böcəyə gənc ekologiya fəalı Qreta Tunberqin şərəfinə “Nelloptodes gretae” adı verilib.
AzEdu.az BBC agentliyinə istinadla xəbər verir ki, həşərata bu qızın adını vermiş entomoloqun sözlərinə görə, o, Qretanın xidmətlərini bu şəkildə qeyd etməyi qərara alıb.
Qanad-lələklillər fəsiləsindən olan “Nelloptodes gretae” böcəyi öz “adaş”ından xeyli fərqlənir. Belə ki, qanadsız həşəratın bədəninin uzunluğu 1 millimetrdən də azdır, onun gözləri yoxdur, lakin başında hörüyə oxşayan iki “antena” var.
İndiyə qədər adı məlum olmayan bu böcək London Təbiətşünaslıq Muzeyinin arxiv kolleksiyasında aşkar edilib. Onu 1960-cı ildə Keniyada tapmış entomoloq Uilyam Blok 1978-ci ildə bu böcəyi muzeyə hədiyyə edib. Lakin həşərata ad verilməmişdi. Nəhayət, muzey kolleksiyasını tədqiq edən doktor Maykl Darvi bu böcəyi ekologiya fəalının şərəfinə adlandırmağı qərara alıb.
Darvi bildirib ki, bu yolla Qreta Tunberqin ekoloji maarifləndirmə işinə xidmətlərini qiymətləndirmək istəyir. Böcəyə ad verilməsi xəbəri “Entomologist Monthly” elmi jurnalında dərc edilib.