
“Heç də hamı Holokostun həqiqətən baş verdiyinə inanmır..."
Amerikanın Florida ştatının Boka Raton şəhərindəki “Spanish River” liseyinin direktoru Uilyam Latson II Cahan savaşı zamanı yəhudilərin Hitler Almaniyası tərəfindən soyqırıma məruz qalmasına şübhə etdiyinə görə vəzifəzindən azad olunub.
AzEdu.az-ın məlumatına görə, moderator.az İsrail mediasına istinadla very ki. direktor şagirdlərindən birinin valideynləri ilə yazışmada belə bir fikir ifadə edib: "Heç də hamı Holokostun həqiqətən baş verdiyinə inanmır". Yerli “The Palm Beach Post” nəşri yazır ki, az sonra Palm Biç əyalətinin məktəb şurası səs çoxluğu ilə (2 əleyhinə - 5 lehinə) U.Latsonun vəzifədən azad edilməsinə qərar verib. Həmin qurumun rəsmi saytında 31 oktyabr cümə axşamı tarixində verilmiş məlumatda belə deyilir. Məmurlar təhsil ocağı rəhbərinin işdən azad edilməsinin səbəbini "etik davranış pozğunluğu" və "rəsmi vəzifələrini yerinə yetirməməsi" adlandırıblar. Lakin rəsmi sənədlərdə direktorun "yerli hakimiyyət orqanlarının mesajlarına cavab verməməsi” səbəb kimi göstərilib.
Qeyd edilir ki, “Spanish River” məktəbində 2500 şagird təhsil alır və Palm Biç əyalətinin ən böyük yəhudi icması məhz Boka Ratonda yaşayır.