Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-02 11:03:00
PISA Beynəlxalq Tədqiqatının yekun nəticələri bu tarixdə elan olunacaq

PISA beynəlxalq tədqiqatının yekun nəticələri yaxın vaxtlarda açıqlanacaq.

AzEdu.az xəbər verir ki, yekun nəticələr 2019-cu ilin dekabr ayı ərzində elan olunacaq.

2017-ci ilin aprel-may aylarında PISA tədqiqatının pilot mərhələsi keçirilib.

Məlumata əsasən,2018-ci ilin aprel-may aylarında keçirilən PISA 2018 tədqiqatının əsas mərhələsində Azərbaycanı 6.872 şagird təmsil edib. Tədqiqatın nəticələri PISA Beynəlxalq Konsorsiumu  tərəfindən qiymətləndirilir və yekun nəticələrin 2019-cu ilin dekabr ayında açıqlanması gözlənilir.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının PISA Beynəlxalq Şagird Qiymətləndirməsi Proqramı (Programme for İnternational Student Assessment) 2000-ci ildən etibarən hər 3 ildən bir təşkil olunur. Bu proqram 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayır.