Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 08:55:00
Kubik rubik yığılmasında yeni dünya rekordu - Video

22 yaşlı avstraliyalı Feliks Zemdeqs kubik rubikin sürətli yığılması üzrə yeni rekorda imza atıb.

AzEdu.az lent.az-a istinadən xəbər verir ki, bu başsındıran aləti o, cəmi 4,22 saniyəyə yığıb.

Bundan əvvəl rekord mayın 6-da "Cube For Cambodia 2018" tədbirində qeydə alınıb və 4,69 saniyəyə başa gəlib. Beləliklə, Feliks Zemdeqs yenidən özünə ən sürətli kubik rubik yığan titulunu geri qaytarıb.

Xatırladaq ki, o, 2016-cı ildə kubik rubiki 4,73 saniyəyə yığıb. Ancaq 2017-ci ilin payızında onun rekordu 15 yaşlı amerikalı Patrik Pons tərəfindən yenilənib.