Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-03 13:38:00
Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər

Fransalı alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər.

AzEdu.az  xəbər verir ki, bununla bağlı araşdırma “Nature Ecology & Evolution” jurnalında nəşr olunub.

Alimlər Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığını müəyyən ediblər.

Tədqiqatçılar bu vadidəki suyun tərkibinin isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqneziumdan ibarət olan şoran məhluldan ibarət olduğunu öyrəniblər.

Alimlərin qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur.