Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-03 14:13:00
67 tələbə dönərdən zəhərləndi

Türkiyənin Afyonkarahisar vilayətində dönərdən zəhərlənməsi şübhəsi ilə 67 nəfər xəstəxanaya yerləşdirilib.

AzEdu.az  xəbər verir ki, onlar hamısı yerli universitetin tələbəsidir. Zəhərlənən tələbələrdə ürək bulanması və qarın ağrısı müşahidə edilib.

 Afyonkarahisar vilayətinin Əkinçilik və Meşəçilik İdarəsi dönərin nümunələrini götürüb (trend).

Hadisə ilə əlaqədar araşdırma aparılır.