Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 10:26:00
Azərbaycan ingilis dilini ən zəif bilən ölkələr siyahısında - FOTO

“Education First” xarici dillərin monitorinqi beynəlxalq şirkəti “ingilis dili biliyi indeksi”ni dərc edib.

AzEdu.az xəbər verir ki, siyahıda dünyada ingilis dilində ən yaxşı və ən pis danışan ölkələr sıralanıb. 100 ölkədə 2,3 milyon nəfər arasında aparılmış sorğuya əsasən ilk yerləri Niderland, İsveç və Norveç tutub.

Azərbaycanın adı siyahıda 85-cidir. “Ən aşağı səviyyə” kateqoriyası üzrə siyahıda Azərbaycanla yanaşı, Türkiyənin də adı var. Sonuncu – 100-cü yerdə isə Liviya qərarlaşıb.