Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 11:11:00
Sahibi yazıçı olan məşhur kitab evləri-FOTO

AzEdu.az sahibləri yazar olan məşhur kitabevlərini siyahısını təqdim edir.

Uşaq kitabları seriyasının yazarı Jeff Kinney və həyat yoldaşı Julieyə aid olan “An Unlikely Story”(Xoşagəlməz hekayə) tez-tez yazarları oxucularla görüşdürən bir kitabxanadır. Eyni zamanda qəhvəxanası da olan kitabevi səhər, günörta, axşam yeməyi servis edərək insanların burada daha uzun zaman keçiriməklərini təmin edir.

Yazar Ann Patchett və iş ortağı Karen Hayes tərəfindən açılan “Parnassus Books” sadəcə bir kitabxana deyil, eyni zamanda yerləşdiyi ərazidə ən zəngin kolleksionu olan elektron kitabxananı da özündə birləşdirir. Məkan hər iki kitab klubuna ev sahibliyi edir.

Yazar Lousie Erdrich tərəfindən yaradılan “Birchbark Books and Native Arts” kitabxanası, xüsusilə Amerikan ədəbiyyatı, zərgərlik və rəsm kimi yerli məhsulların toplandığı  kifayət qədər məşhur bir yerdir.

Milli sənətçillərlə daimi əlaqə saxlanılan, bəzək məhsulları satan və  yeməkxanası olan  M. Judson Books kitab evinin ortaqlarından biri də yazar Ashley Varlickdir. Kitab evi XIX əsrdə müəllim işləyən və Greenville kolejinin müdiri olan Mary Judsonun adını daşıyır.

Yazıçı Emma Straub və həyat yoldaşı Michael Fusco-Strauba ait olan “Books Are Magic” kitabevi, demək olar hər gün oxuyuculara ev sahibliyi edir. Bundan başqa azyaşlı oxuyucularına, oxuma köşəsi ilə bərabər zəngin uşaq kitabları ilə də təmin edir.

Amerikalı akademik, yazıçı, jurnalist Marc Lamont Hill tərəfindən qurulan “Uncle Bobbie”s Coffee and Books” kitabevi zəngin və lazımlı siyasi kitablar bölümünə ev sahibliyi edir. Eyni zamanda kitabevi afrikalı və avro-amerikan ədəbiyyatının da cəmləşdirməkdə digərlərindən fərqlənir.  Kitabevi yazıçı Hillin ömrü boyu özünü inkişafla, özünüdərklə məşğul olan əmisinin  adını daşıyır.

Heç bir maddi məqsəd güdməyən “Books and Books” kitabevinin sahiblərindən biri də yazıçı Judy Blume və həyat yoldaşı George Cooperdir.  Kitabevi zəngin kitabxanası ilə yanaşı, sənət əsərlərinin satışını da aparır.

 Ayşə Müseyib