
2019-11-09 11:21:00
Üçrəngli bayrağımızın əks olunduğu Cümhuriyyət fotoları - Tarixi rəsmlər
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.
Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında deyib: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
AzEdu.az bu gün münasibətilə Azərbaycan Cümhuriyyəti dövrünə aid bir neçə vacib fotoları təqdim edir. Həmin fotolarda üçrəngli bayrağımız da əks olunub:
1 - Azərbaycan Cümhuriyyətinin zabitləri və əsgərləri Dövlət Bayrağı fonunda. O zaman fotodakıların hər biri bu bayraq üstündə canından keçməyə hazır idilər. Fotodan da görünür;

2 - Azərbaycan Cümhuriyyəti Parlamentinin birinci iclası. Azərbaycanın üçrəngli bayrağı parlamentdə 7 dekabr 1918-ci il;

3 - Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı. 1919-cu il. Arxa planda Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı;

4 -1919- cu ildə Azərbaycan Cümhuriyyətinin poçt markası;

5 - Məhəmmədəmin Rəsulzadənin mühacirətdə xanımı Vanda ( Leyla ) xanım ilə tikdiyi Azərbaycan bayrağı .Hal -hazırda Milli Azərbaycan Tarix müzeyində saxlanır.

Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51