Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-10 11:14:00
Süni intellekt insan zəkası ilə müqayisə oluna biləcək

Amerika Birləşmiş Ştatlarının Merrill Lynch bankı insan həyatını dəyişdirəcək və sənayeyə təsir edə biləcək gələcəyin texnologiyalarını araşdırıb.

AzEdu.az xəbər verir ki, araşdırmaya əsasən kvant kompüterləri klassik kompüterlərin milyard illər ərzində həll edəcəyi problemi daha qısa zamanda həll edə bilər. 6G mobil rabitə şəbəkəsinin sürəti isə 400Gb/s-dən üstün ola bilər. Eyni zamanda, bankın tədqiqatlarına görə, nanosputniklər bütün planeti internetlə təmin edə bilər. Elektromobillərin istehsalı üçün isə quru ilə müqayisədə okeanın dibindən 3 dəfə daha çox kobalt əldə etmək olar.

Sözügedən qurum süni intellekt barəsində də proqnoz verib. Proqnoza görə, süni intellekt 2029-cu ildə insan zəkası ilə müqayisə oluna bilər. (Ted.az)