Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-10 20:33:00
Daşkəsənli coğrafiya müəlliminin uğuru

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinin coğrafiya müəllimi Cəmilə Əliyevaya həsr olunub.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, Cəmilə Əliyeva 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 50 bal toplayıb.

C. Əliyeva deyir ki, hər müəllim bu peşənin müqəddəsliyini və məsuliyyətini dərindən dərk etməlidir. Çünki hər bir şəxsin həyatda formalaşmasında, tərbiyələnməsində müəllimin əməyi, zəhməti çox böyükdür.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.