
Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, YAP Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “LİBRA” kitab evinin baş sponsroluğu ilə respublikada ilk dəfə keçiriləcək “Müəllimlər arasında İxtisas Olimpidasına” start verilir.
AzEdu.az xəbər verir ki, pedaqoji ixtisas üzrə təhsil alan III və IV kurs tələbələri, hazırda daimi və müqavilə əsasında işləyən müəllimlər, pedaoji ixtisası olub işləməyən bütün şəxslər burada iştirak edə bilər. Olimpiadanın məqsədi bu yöndə təhsil alan III və IV kurs tələbələri, hazırda fəaliyyət göstərən 29 yaşadək işləyən müəllimlərin stimullaşdırılması, onların gələcək nəsillərə ötürüləcək ali peşəyə olan marağının daha da yüksəldilməsi, gənclərin asudə vaxtının intellekt yönündə yüksəltməsinə, sağlam gəncliyə dəstək olmaqdır.
Olimpiada bəlli ixtisaslar üzrə ( İbtidai sinif, Azərbaycan dili və Ədəbiyyat, İngilis dili, Riyaziyyat, Tarix, Coğrafiya, Kimya, Fizika, Biologiya) yalnız Azərbaycan bölməsi üzrə aparılacaq.
Olimpiada iki mərhələdə keçiriləcək. İlk mərhələ hər ixtisas üzrə 50 qapalı test tapşırığını 100 dəqiqə ərzində cavablandırmağa çalışacaqlar. İkinci mərhələ ilk mərhələ bitdikdən sonra açıqlanacaq. Respublikamızı əhatə edəcək layihədə müəllimlər Bakıda 3, Sumqayıtda 1, Lənkəran və Gəncə şəhərlərində 1 olimpiada məntəqəsində öz biliklərini sınayacaqlar. 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500 nəfərə qədər şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə BAKU ELEKTRONİKS-dən qiymətli hədiyələr, ACER-dən noutbuklar, ən yüksək nəticə göstərən şəxsə ES TRAVEL-dən səyahət biletləri, TAİM-dən təhsil güzəştləri, İydə perfurmeriyadan brend ətirlər, Saat Store-dan brend saatlar, Nəşriyyatlarımızdan qiymətli kitablar, Nizami kino Mərkəzindən 30 nəfərə ən baxımlı filmlərə biletlər, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə Şam yeməyi hədiyyə olunacaq. Digər sponsorlardan isə endirim kuponları və qiymətli hədiyyələr qazanacaqlar.
Layihədən iştirak üçün https://taim.az/olimpiada bölməsində qeydiyyat formunu dolduraraq qeydiyyatdan keçə bilərlər.
Sizin universitet üçün ilk mərhələ 7 dekabr 2019-cu il 10:00 tarixində Odlar Yurdu Universitetində keçiriləcək.