Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-30 15:50:00
Azyaşlı məktəblilər TÜRKSOY-u ziyarət edib

Ankarada fəaliyyət göstərən özəl Yücə məktəbinin II sinif şagirdləri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahını ziyarət ediblər.

TÜRKSOY-dan AzEdu.az-a verilən məlumata görə, şagirdlər əvvəlcə təşkilatın qərargahında sərgilənən rəsmlərlə tanış olublar.

Sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı orijinal fotolar əsasında şagirdlərə təşkilatın fəaliyyət və məqsədi ibarət ümumi məlumat verilib. Uşaqlara TÜRKSOY-un nəşri olan “Türk dünyasının nağıl bağçası” kitabı hədiyyə olunub.

Şagirdlərin TÜRKSOY-a gəlişi türk dünyası həqiqətlərini gələcək nəsillərə sevdirmək məqsədi ilə həyata keçirilib. (Azertac)