
“Əgər dinin hər hansısa bir məkanda tədrisindən söhbət gedirsə, bunu pedaqoq etməlidir”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Kommitəsinin sədr müavini Gündüz İsmayılov İctimai Televiziyada yayımlanan “Pressinq” verlişində deyib.
O, İlahiyyat İnstitutunun həyata keçirdiyi əsas prioritetlər haqqında məlumat verib.
“İlahiyyat İnstitutunun qarşısında bir sıra vəzifələr dayanır. Əsas məqsəd 3 istiqamət üzrə mümkün kadrlar hazırlamaqdır. Onlar islamşünas, dinşünas və pedaqoq olaraq yetişəcəklər.
Əgər dinin hər hansısa bir məkanda tədrisindən söhbət gedirsə, bunu pedaqoq etməlidir. Bunu dinşünas və ya islamşünas etməməlidir. Mənə elə gəlir ki, biz hələ başlanğıc nöqtəsindəyik. Bu məsələ ilə bağlı Dini Qrumlarla İş Üzrə Dövlət Kommitəsi Qafqaz Müsəlmanları İdarəsi arasında anlaşma mühiti var. Bu cür yüksək münasibətlər bizə imkan verir ki, istənilən din sahəsində məsələni rahat şəkildsə həll edək”.