
“İlahiyyat İnstitutunu bitirən tələbələrə gələcəkdə təyinat verilməsi gözlənilir”.
AzEdu.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Kommitəsinin sədr müavini Gündüz İsmayılov İctimai Televiziyada yayımlanan “Pressinq” verlişində deyib.
O, İlahiyyat İnstitutunun hazırkı fəaliyyəti haqqında fikirlərini bölüşüb.
“Azərbaycan İlahiyyat İnstitutu yaranana qədər dövlətimiz nadir ölkələrdən idi ki, dini təhsil pullu idi.Çünki dini təhsil ideoloji və strateji məsələdir.Məsələn, hər hansısa şəxs dini təhsil almaq istəyirdi.Lakin bu ölkəmizdə pullu şəkildə həyata keçirilirdi. Buna görə də tələbə digər ölkələrə üz tuturdu.Həmin ölkələr tələbələrə təqaüd verirdi.Həmçinin, onların yemək və digər ehtiyaclarını qarşılayırdılar.Bu çox cəlbedici idi.Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı.Burada təhsil pulsuzdur.Həmçinin, yemək və geyim dövlət hesabına ödənilir.Gələcəkdə buranı bitirənlər əgər din xadimi olacaqlarsa, onlarla bağlı arzuarımız və fikirlərimiz də var.
Bu gün Azərbaycan İlahiyyat İnstitututunun yaradılması din xadimlərinə dövlət tərəfindən maliyə dəstəyinin verilməsi məsələsində dönüş nöqtəsi oldu.Belə ki, İlahiyyat İnstitutunu bitirən tələbələrə gələcəkdə təyinat verilməsi gözlənilir.Bu çox uzaqgörən və müdrük qərardı.Biz bu qərarların faydasını hələ bir neçə ildən sonra daha rahat şəkildə görəcəyik”.