Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 21:06:00
Müəllimlər arasında ixtisas olimpiadasının Bakı mərhələsinə yekun vurulub

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə keçirilən müəllimlər arasında ixtisas olimpiadasının Bakı mərhələsi yekunlaşıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a bildiriblər ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan bu mərhələdə mindən çox tələbə və müəllim iştirak edib. Səhər saatlarında III və IV kurs tələbələri, günün ikinci yarısında isə hazırda daimi və müqavilə ilə fəaliyyət göstərən gənc müəllimlər ixtisas biliklərini yoxlayıblar.

Olimpiadanın birinci turuna yanvarın 11-də Lənkəran və Gəncə şəhərlərində region müəllimləri üçün təşkil olunacaq mərhələ ilə yekun vurulacaq. Finalçıların adları yanvarın 15-dən sonra taim.az saytından yerləşdiriləcək. Sonuncu mərhələdə doqquz ixtisas üzrə 500 nəfər arasından ən güclü iştirakçı müəyyən ediləcək və qaliblər mükafatlandırılacaqlar. Olimpiadada iştirak etmək istəyənlər yanvarın 10-dək https://taim.az/olimpiada linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.