Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-25 22:52:00
İstanbulda azərbaycanlı alimin kitabı təqdim olunub

Bu gün  İstanbulda yerləşən Türk Ədəbiyyat Vəqfində Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyevanın “Qadın - həm zirvə, həm uçurum” kitabının təqdimat mərasimi keçirilib.

AzEdu.az  xəbər verir ki, tədbirdə çıxış edənlər nəşrin özünəməxsus mövzusundan bəhs edib, bunun türk oxucusu üçün də maraqlı olacağını bildiriblər. Qeyd olunub ki, kitabda qadın gözəlliyinin mənfi və müsbət cəhətləri ilə yanaşı, zahiri görünüşün gündəlik həyata təsiri də öz əksini tapıb.

Türk Ədəbiyyat Vəqfinin nəşriyyatı tərəfindən çap olunan 104 səhifəlik kitabı türk dilinə qurumun idarə heyətinin üzvü İmdat Avşar tərcümə edib.