Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 09:23:00
Bu ilin son Günəş tutulması başladı

Bu gün 2019-cu ilin son Günəş tutulması başlayıb.

AzEdu.az-ın məlumatına görə, həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlayıb.

Günəşin tam tutulma saatı 07:37-də olacaq. Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.

Günəş tutulması saat 09:34-də maksimuma çatacaq. Tam tutulma saat 10:58-də bitəcək. 

Proses saat 12:06-da yekunlaşacaq.