Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 12:27:00
Rəsədxana: Günəş fəallığı yaxın günlərdə aşağı səviyyədə qalacaq

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası dekabrın 26-dan 28-dək olan kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.

Dekabrın 26-dan 28-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı dekabrın 26-da 5 faizdən, dekabrın 27-28-də isə 1 faizdən aşağı qiymətləndirilir.