Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-27 10:22:00
AzEdu.az kollektivi  İctimai  Şura üzvləri ilə görüşdü – Təkliflər qəbul olundu

Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi yanında İctimai Şura  üzvləri ilə AzEdu.az təhsil portalı  əməkdaşlarının görüşü baş tutub.

AzEdu.az xəbər verir ki, öncə uura sədri Şahlar Əsgərov təhsildə problemlər, düşündürücü məqamlar haqqında maraqlı çıxış edib.

O,  ümumtəhsil məktəblərində, eləcə də ali təhsil müəssilərində həlli vacib məsələləri konkret maddələrlə Şura üzvlərinin və portal əməkdaşlarının diqqətinə çatdırıb.

Daha sonra Şuranın məsul katibi İlqar Orucov Şuranın ümumi fəaliyyəti, bu günə qədər görülən işlər, təşkil olunan tədbirlər haqqında hesabatla çıxış edib.

AzEdu.az təhsil portalının baş redaktoru Elmin Nuri görüş və maraqlı müzakirə üçün İctimai  Şura üzvlərinə təşəkkürünü bildirib.

O, həmçinin, AzEdu.az təhsil portal ilə İctimai Şuranın qarşılıqlı əməkdaşlığını sürətləndirəcək təkliflərlə də çıxış edib. AzEdu.az komandasının hazırladığı əməkdaşlıq və işgüzar yönümlü təkliflər İctimai Şura tərəfindən dəstəklənib. 

Sonda isə İctimai Şura ilə AzEdu.az təhsil portalı arasında əməkdaşlığa qərar verilib. Gələcəkdə ortaq layihələrin işlənməsinə, müəyyən məsələləri aidiyyatı qurumlara bildirmək istiqamətində birgə işlərin görülməsi  barədə razılıq əldə olunub.

Ayşə MÜSEYİB