Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-25 15:48:00
Məktəblilərin idman uğurları – Geniş məlumat

 

 

 Son illər Azərbaycan idmançılarının ayrı-ayrı idman növləri üzrə Avropa, dünya birincilikləri və çempionatlarında, eləcə də Yay Olimpiya Oyunlarında göstərdikləri uğurlu nəticələr, ölkəmizdə genişmiqyaslı qitə və dünya çempionatlarının, olimpiya təsnifat turnirlərinin, Qran-Pri yarışlarının keçirilməsi və idmançılara yüksək diqqət göstərilməsi idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir.

 Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman müəssisələrinin də ölkəmizin idman həyatında xüsusi rolu vardır. Həmin müəssisələr uşaq-yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində, onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsində, idman növləri üzrə milli yığma komandalara ehtiyyat qüvvələrin hazırlanması istiqamətində məqsədyönlü fəliyyət həyata keçirir.

 Təhsil Nazirliyinin tabeliyində 76 Uşaq-Gənclər İdman-Şahmat Məktəbi fəaliyyət göstərir, onlardan 14-ü İOEUGİM-dir.

 Həmin məktəblərdə idmanın 29 növü (şahmat, futbol, sərbəst güləş, voleybol, Yunan-Roma güləşi, boks, stolüstü tennis, cüdo, basketbol, ağır atletika, sambo, badminton, atletika, taekvando, akrobatika gimnastikası, həndbol, dama, karate, üzgüçülük, qılıncoynatma, idman gimnastikası, batut gimnastikası, kikboksinq, ,avarçəkmə, tamblinq, tennis, bədii gimnastika, veloidman, güllə atıcılığı) inkişaf etdirilir.

 Göstərilən müəssisələr üzrə ümumilikdə 4823 qrup fəaliyyət göstərir. Həmin qruplar üzrə 57.697 nəfər məşq prosesində iştirak edir ki, onlardan da 9.490 nəfəri qızlardır. Müəssisələrdə işləyən məşqçi-müəllimlərin ümumi sayı 2.888 nəfər təşkil edir, onlardan 758 nəfəri qadınlardır. Məşqçi-müəllimlərdən 32 nəfəri ali ixtisas kateqoriyalı, 263 nəfəri birinci kateqoriyalı,15 nəfəri isə ikinci ixtisas kateqoriyalıdır. Göstərdiyi yüksək nəticələrə görə məşqçi-müəllimlərdən 230 nəfəri “Əməkdar məşqçi”, 68 nəfəri “Fəxri bədən tərbiyəsi idman işçisi”, 14 nəfəri “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülmüşdür.

Müəssisələr üzrə ümumilikdə 1633 nəfər birinci dərəcə, 343 nəfər idman ustalığına namizəd, 42 nəfər idman ustası normalarını yerinə yetirmişdir.

İdmançılar bu dərəcə normalarını respublika və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticə əldə edərək qazanmışlar.

İdman məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2017-ci ildə 2346 medal (respublika 1825, beynəlxalq 521 medal), 2018-ci ildə 2535 medal (respublika 1993, beynəlxalq 542), 2019-cu ildə isə 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanmışlar.

 16-20 iyun 2019-cu il tarixlərində Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən məktəblərin dünya oyunlarında karate və cüdo idman növləri üzrə yarışlarda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin idmançıları karete idman növü üzrə yarışlarda 6 qızıl,1 gümüş və bürünc medal, cüdo idman növü üzrə yarışlarda isə iki bürünc medal qazanmışlar.Medal sıralamalarına görə karate idman növü üzrə komandamız 8 ölkə arasında I yeri tutdu.

23-27 oktyabr 2019-cu il tarixində Çilinin paytaxtı Santyaqo şəhərində keçirilən karate üzrə XI dünya çempionatda ”Təhsil” RİM-in yığma komandasının idmançıları Məmmədli Hüseyn Azər oğlu milli komandanın heyətində dünya ikincisi, Hüseynzadə Hüseyn Rəhman oğlu isə həmin çempionatda dünya üçüncüsü olmuşdur.Qeyd edək ki, Məmmədli Hüseyn 2019-cu ildə  yeniyetmə və gənclərin Avropa çemoionatında III yerə, məktəblilərin dünya oyunlarında I yerə layiq görülmüş və eyni zamanda  10-a qədər mötəbər yarışların qalibi olmuşdur.

05-08 dekabr  2019-cu  il  tarixlərində  Yaponiyanın  Tokio  şəhərində keçirilən Dünya  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri tamblinq və batut gimnastikası  üzrə milli yığma komandanın heyyətində 11-12 yaş oğlanlar arasında batut gimnastikası üzrə sinxron  çıxışlarda Hüseyn Abbasov və Maqsud Mahsudov gümüş medal,  Maqsud Mahsudov eyni zamanda fərdi  çıxışlarda  qızıl medal, 11-12 yaş oğlanlar arasında keçirilən tamblinq yarışlarında isə  Aleksey Karataşov qızıl medala layiq görülü

2019-cu idmançılarımız uğurlu nəticələr əldə etmişlər. Belə ki, Yunanıstanın Saloniki şəhərində keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında “Təhsil" Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri Fatimə Həsənova  gümüş və Aydın Süleymanov  bürünc  medal, Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi boksçular arasında Avropa çempionatında çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin yetirməsi Məhəmməd Abdullayev qızıl medal qazanmışlar.

17-27 aprel 2019-cu il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən məktəblilərin dünya çempionatında iştirak edən şahmatçılarımızdan Süleyman Süleymanlı dünya çempionatının gümüş mükafatçısı olmuşdur.

 “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri 2019-cu ildə beynəlxalq yarışlarda uğurları xüsusi qeyd edilməlidir.Belə ki, 01-13 oktyabr 2019-cu il tarixlərində Hindistanın Mumbay şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında Aydın Süleymanlı  14 yaşadək oğlanlar arasında dünya çempionu adını qazanmışdır. 31 may – 8 iyun 2019-cu il tarixində Rumunyanın Mamaia şəhərində keçirilmiş  məktəblilər arasında Avropa çempionatında Kərimli Yusif  9 yaşadək oğlanlar arasında Avropa çempionu olmuşdur. Həmin çempionatda  çıxış edən Xanım İsmayılova isə 9 yaşadək qızlar arasında Avropa çempionatının bürünc medalını qazanmışdır. 01-11 avqust 2019-cu il tarixlərində Slovakiyanın Bratislava şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında çıxış edən şahmatçımız Ayan Allahverdiyeva 14 yaşadək qızlar arasında Avropa çempionu olmuşdur.

 15-19 avqust 2019-cu il tarixlərində Belarusiya Respublikasının Minsk şəhərində 12 yaşadək şahmatçılar arasında Rapid və Blitz üzrə dünya çempionatda 8 yaşadək oğlanların mübarizəsində Rafael Bayramlı rapiddə dünya ikincisi olmuşdur.

 

11-20 oktaybr 2019-cu il tarixlərində Monteneqronun Ulçin şəhərində məktəblilərin şəxsi Avropa kubokunda iştirak edən şahmatçılarımız; Xanım İsmayılova 9 yaşlıların A qrupununda, Səlbinaz İsmayılova 9 yaşlıların B qrupunda, Yusif Babayev 7 yaşlıların A qrupunda, Murad Məmmədov isə 7 yaşlıların B qrupunda yarışların qalibi adına layiq göirülmüşlər.

 

24 oktyabr – 2 noyabr 2019-cu il tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən kişi və qadınlardan ibarət yığma komandaların Avropa çempionatında ölkəmizin qadın yığması 27 illik fasilədən sonra Avropa çempionatının bürünc medallarına sahib olmuşdur. Qadınlardan ibarət yığmanın aparıcı üzvlərindən ikisi Xanım Balacayevə və Günay Məmmədzadə məhz “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələridir.

 29 oktyabr–05 noyabr 2019-cu il tairxlərində Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək şahmatçılar arasındakı Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi olan Azərbaycan milli komandasının 5 şahmatçısından 4-ü; Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Məhəmməd Muradlı məhz “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələridir.

 Ölkə üzrə 25 nəfər beynəlxalq qrossmeysterdən 16-i, 27 nəfər beynəlxalq dərəcəli idman ustasından 10-u, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavəsitə həmin şahmat bölmələrinin yetirmələridir.

İdman-şahmat məktəblərinin və mərkəzin idman növləri üzrə komandaları Azərbaycan çempionatında uğurlu nəticələr əldə edilmişdir. Belə ki, mərkəzin boks ürzə yığma komandaları 2019-cu ildə yeniyetmə və gənclər arasında keçirilən respublika çempionatının, atletika idman növü üzrə yığma komanda Azərbaycan birinciliyinin qalibi olmuşdur. Təhsil Nazirliyi sistemində ilk dəfə olaraq “Vətən” RİOEUGFM-in komandaları  2018-2019-cu il mövsümü üzrə AFFA tərəfindən keçirilən respublika çempionatlarında 3 yaş qrupu üzrə I yerə(U-10,U-14,U-17), Iki yaş qrupu üzrə II yerə (U-11,U-16) və bir yaş qrupu (U-15) üzrə III yerə layiq görülüb.

2019-cu ildə təsdiq edilmiş təqvim planı üzrə nəzərdə tutulan idman növləri üzrə açıq respublika birinciliklərin və çempionatlar yüksək səviyyədə təşkil edilmiş və yaş qrupları üzrə mərkəzin yiğma komandaları müəyyən edilmişdir.

 2018-2019-cu il mövsümü üzrə də respublika üzrə ilk dəfə mərkəz tərəfindən təşkil edilmiş 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında futbol üzrə “Təhsil Liqası” və 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında basketbol “Təhsil Liqası” yarışları yüksək səviiyədə yekunlaşmışdır. Hazırda göstərilən idman növləri üzrə liqaların 2019-2020-ci il mövsümünə start verilmişdir.

 “Təhsil” Respublika İdman Mərkəzi, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman və şahmat məktəbləri ilə mərkəzin birgə fəaliyyətini təmin edərək bir sıra respublika miqyaslı kütləvi idman tədbirlərinin təşkili və keçirilməsini təmin etmişdir.

 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilən şahmat, atletika, voleybol, basketbol və stolüstü tennis idman növləri üzrə Məktəblər arasında respublika çempionatına start verilmişdir. İkinci ildir keçirilən çempionatın cari mövsümündə 2515 məktəb olmaqla 200.000-nə yaxın məktəbli mübarizəyə qoşulmuşdur. 4 mərhələ üzrə keçirilən həmin çempionatın məktəbdaxili və rayondaxili mərhələlərinə yekun vurulmuş, 2020-ci ilin aprel ayında zona yarışlarında idman növləri üzrə iştirak edəcək məktəb komandaları müəyyən edilmişdir. Məktəblərin yarışlara hazırlıqlarının həyata keçirilməsi üçün mərkəz tərəfindən yarışların keçirilmə qaydalarını əks etdirən metodiki tövsiyyə hazırlanaraq məktəblərə paylanılmışdır. Yarışlardan qabaq zonalar üzrə seminar müşavirələr keçirilmişdir.

 Cari tədris ilində Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyi keçirilir. Badminton, Həndbol və Velosiped idmanı üzrə təşkil edilən birincilikdə 300 məktəbdən 14.000 şagird mübarizəyə qoşulmuşdur. Birinciliyin final mərhələsinə dekabr ayında yekun vurulacaqdır.