Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 16:10:00
DİM-in monitorinq şöbəsinin 2019-cu ildəki fəaliyyəti-Artan yoxlamalar

 2019-cu ildə DİM-in metodika və dərsliklərin monitorinqi şöbəsi tərəfindən 110 “Qiymətləndirmə tapşırıqları”  kitabçası, 57 dərsliyin elmi-metodik qiymətləndirilməsi, fənlər üzrə 113 hazırlıq kursu təşkil edilib.

AzEdu.az xəbər verir ki,  bu barədə DİM-in illik hesabatında məlumat verilib.

Hesabatda  qeyd olunur ki, fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla şöbə tərəfindən V-XI sinif dərslikləri əsasında 110 “Qiymətləndirmə tapşırıqları” kitabçası (Azərbaycan və rus dillərində) yenidən hazırlanıb.

Bundan əlavə, Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəblərinin I, IV, VII və VIII sinifləri üçün hazırlanmış 57 dərslik komplektinin  nəşrəqədərki layihələrinin elmi-metodiki monitorinqi və qiymətləndirilməsi aparılıb.

Həmçinin fənlər üzrə hazırlıq kurslarının fəaliyyəti də davam etdirilib. İl ərzində 113 kurs- Bakıda 27, bölgələrdə 86 kurs təşkil olunub. Kursu müvəffəqiyyətlə keçmiş müdavimlərdən 678 nəfər sertifikat alıb.

Məlumat üçün  bildirək ki,  metodika və dərsliklərin monitorinqi şöbəsi tərəfindən ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, hərbi liseylərə və bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarının məzmunu ilə bağlı (buraxılış və qəbul imtahanları üçün proqramlar, imtahan modelləri) və imtahanlara hazırlaşanlara, şagirdlərə və müəllimlərə metodiki köməklik baxımından metodiki materiallar hazırlanır.

Ayşə MÜSEYİB