
2020-01-01 13:50:00
Körpələrə hansı musiqilər dinlədilməlidir?-Sosioloq məsləhəti
"Körpənin böyüdüyü mühitdə kəskin, qıcıqlandırıcı, diksindirici, pozucu səslərin olması olduqca təhlükəlidir”.
AzEdu.az xəbər verir ki, bu barədə sosioloq Əhməd Qəşəmoğlu məlumat verib. O bildirib ki, ətrafdakı səslər təbiətin, kainatın nizamına uyğun bir səs olmalıdır:
"Belə olduqda körpə kainata, təbiətə köklənir və onlardan güc alır. Səslərin içərisində ən təsirlisi, ən gözəli ana laylası, həqiqi, ahəngdar musiqidir. Bu musiqinin milli musiqi olması isə olduqca əhəmiyyətlidir. Çünki milli musiqi qan, gen yaddaşını oyatmaq, nizamlamaq, onun potensialını üzə çıxarmaq qüdrətinə malikdir. Körpənin olduğu otaqda sözügedən musiqilərin həzin şəkildə verilməsi, körpənin gələcəyində mühüm rol oynayır”.
Ə.Qəşəmoğlu qeyd edib ki, evdən gələn dava-dalaş səsi, bağırtılar, şit səslər, ucuz, dağıdıcı musiqilər, elektron alətlərin süni robotvari səsləri isə körpənin əsəblərini pozaraq, ciddi problemlərə səbəb ola bilər. (lent.az)
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51