2020-01-09 17:30:00
Çay içənlər daha çox yaşayır: Alimlər sübut etdi
Çində aparılan çoxillik araşdırma, müntəzəm çay içən insanların ürək xəstəliyi riskinə daha az məruz qaldıqlarını və ümumiyyətlə uzunömürlü olduqlarını təsbit edib.
AzEdu.az xəbər verir ki, nəticələr “Avropa Profilaktik Kardiologiya” jurnalında dərc olunub. 1998-ci ildən Çində Çin-PAR (Çində aterosklerotik ürək-damar xəstəlikləri riskinin proqnozu) layihəsi həyata keçirilib.
Məqsəd ölkə əhalisi arasında ürək-damar xəstəliklərinin inkişaf risklərini proqnozlaşdırmaq olub. Bu genişmiqyaslı tədqiqatın bir hissəsi olaraq elm adamları çay istehlakı kimi faktorun insan sağlamlığına təsirini də analiz ediblər.
Layihədə əvvəlcə ürək xəstəliyi, infarkt keçirməyən və ya xərçəng xəstəliyi olmayan 100 902 iştirakçı yer alıb. Onlar iki qrupa bölünüb: müntəzəm çay içən (həftədə ən azı üç dəfə) və nadir hallarda çay içən (həftədə üç dəfədən az).
Layihə 7.3 il davam edib. Bu dövrdə nadir çay içənlərlə müqayisədə münətəzəm çay içənlərdə ürək-damar xəstəlikləri 20 faiz, ölümcül ürək xəstəliyi və insult riski 22 faiz, müəyyən xəstəlik səbəblərindən ölüm riski 15 faiz az olub. (Azvision.az)

Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51