
2020-01-12 16:14:00
Yazdıqları əsərlərlə dünyanın sonunu göstərən yazıçılar -Elmi-fantastika
AzEdu.az elmi fantastika janrında yazan bir çox yazıçılar və onların verdiyi elmi proqnozlar haqqında yazılar təqdim edib. Jül Vern, Ayzek Azimov, Aleksandr Belyayev və başqa fantast lar haqqında yazı maraqla qarşılanıb.
İndi isə daha iki məşhur fantast yazıçı haqqında maraqlı faktları təqdim edəcəyik. Onblar ayrı-ayrı ölkələrdə yaşasalar da onları birləşdirən oxşar cəhətlər var: hər ikisi əsərlərində dünyanın sonunu gətirən bəlalar ”“nücə silahı, bakterioloji, kimyəvi silahlar, müxtəlif ekoloji böhranlar-haqqında yazıblar.
İndi isə Jül Verndən ilhamlanaraq, elmi fantastikanın məhək daşlarına çevrilən ingilis yazıçı Herbert Uells və ABŞ fantastı Robert Haynlaynın uzaqgörənliyi barədə qısa da olsa, danışaq. “Görünməz adam” və “Dünyaların müharibəsi” kitablarının müəllifi olan Herbert Uellsin gələcək haqqında xəbər verdiyi 86 ideyasından 75-i indiyə kimi ya artıq həyata keçirilib, ya da müasir elmin məlumatlarına əsasən, mütləq həyata keçəcək.
Herbert Uells 1902-ci ildə çapdan çıxan “Gələcəyi görmə” kitabında yazırdı: “Aeronavtika heç zaman ciddi nəqliyyat və rabitə vasitəsi olmayacaq. Hər hansı bir sualtı qayığın heyətinin boğulması, qayığın özünün isə suyun dibinə enməməsini təsəvvürə gətirməkdən təxəyyül imtina edir. Siz öz-özünə hərəkət edən minanı və ya başqa bir mərmini hədəfə ala bilərsiniz, amma belədə hədəfi məğlub etmək ehtimalınız, heç də düşmənlə gözübağlı atışmadan çox olmayacaq”.
Herbert Uellsin XIX əsrin sonu XX əsrin əvvəllərində yazdığı bir əsərdə atom bombası haqqında üstüörtülü məlumatlar da verilir. Hətta radioaktiv zəhərlənmə, bakterioloji silahlar barəsində ilkin təsəvvürləri də onun əsərlərindən ala bilərik. Yazıçının bir əsərində modern mikrobiologiyaya aid məsələlərə də rast gəlmək mümkündür. Kiçik hekayədə modern mikrobiologiya elminin araşdırmalı olduğu bəşəri problemlər öz əksini tapıb.
H.Uellsin “Dünyaların müharibəsi” əsərində isə bu gün NASA-nın Marsda kəşf etdiyi bəzi elmi faktlara, səthi də olsa toxunulub. UNO gəmisi, onun ətrafa saçdığı yaşıl işıq haqqında ilk məlumatı da yazıçı bu əsərində qeyd edib.
Robert Haynlayn isə öz əsərlərində elmi ehtimallarla bərabər, onların gələcəkdə bəşəriyyətə gətirə biləcəyi fəlakətlərin də proqnozunu verib. Amerikalı fantast Xirosima faciəsindən dörd il əvvəl ”“ 1941-ci ildə “Uğursuz nəticə” adlı povestində amerikalıların “Uran-235”³dən mərmi düzəldəcəklərini və müharibənin axırında həmin mərmini düşmənin böyük şəhərinə atacaqlarını təsvir etmişdi. Təsvirlər o qədər aydın və yerli-yerində idi ki, yazıçını hərbi sirləri yaydığına görə, məsuliyyətə cəlb etmişdilər. Çünki həmin ərəfədə ABŞ-da və İngiltərədə atom silahı ilə bağlı işlərə artıq başlanılsa da, bu proses son dərəcə məxfi aparılırdı”¦
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51